WPM Career

WPM Career Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WPM Career, Food service distributor, Aşıq Molla Cümə, Baku.

03/11/2025

WPM ailəsində hər yeni üzv yeni bir başlanğıcdır 🌱
Biz daim öyrənməyə, inkişaf etməyə və dəyər qatmağa hazır kadrlara açığıq.
Bəlkə də növbəti kadr sən olacaqsan? 💼

Dövlət Məşğulluq Agentliyi və "West Product Marketing" MMC tərəfindən işsiz və işaxtaran şəxslər üçün "İbis" Hotel-də əm...
30/09/2025

Dövlət Məşğulluq Agentliyi və "West Product Marketing" MMC tərəfindən işsiz və işaxtaran şəxslər üçün "İbis" Hotel-də əmək yarmarkası keçirilib.
"West Product Marketing" tərəfindən yarmarkada vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilib, ilkin müsahibələr keçirilib və uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxs...
23/09/2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Bakıda növbəti əmək yarmarkası keçirilib.
"West Product Marketing" MMC - də 30 boş iş yeri ilə tədbirdə iştirak edib. Yarmarkada vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilib, ilkin müsahibələr keçirilib və uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Dövlət Məşğulluq Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

"West Product Marketing" - İşə qəbul üzrə mütəxəssis AXTARIR! 🔹İşin təsviri: - İşəqəbul proseduruna uyğun olaraq kadr pl...
30/05/2025

"West Product Marketing" - İşə qəbul üzrə mütəxəssis AXTARIR! 🔹

İşin təsviri:
- İşəqəbul proseduruna uyğun olaraq kadr planlama və
işəqəbul prosesinin formalaşdırılması
- Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi
- Mövcud vakant vəzifələr üzrə elan materiallarının hazırlanması, şirkətdaxili və şirkətxarici bütün mümkün kanallarda yerləşdirilməsinin təmin edilməsi
- İşə götürmə agentlikləri ilə tərəfdaşlığın qurulması
- Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması
- Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi
- İşəqəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi
- İşəqəbulda dəyərləndirmə formalarının müəyyən olunması

Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 1-3 il iş təcrübəsi (FMCG sahəsi üzrə arzuolunandır)
- MS Ofis proqramlarında işləmə bacarığı (Excel, Word)
- Güclü ünsiyyət bacarığı
- Analitik düşünmə qabiliyyəti
- Nəticə yönümlülük

Əmək şəraiti:
- Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: 5 gün 09:00-18:00 (şənbə, bazar istirahət günü)
- Nahar şirkət tərəfindən təmin edilir

Maraqlanan namizədlər [email protected] mail ünvanına mövzu sətrində ”İşə qəbul üzrə mütəxəssis” qeyd etməklə CV göndərərək müraciət edə bilərlər.

Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə universitetin tələbələri ...
30/05/2025

Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə universitetin tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib. Yarmarkada 105 müəssisənin iştirakı baş tutub. “West Product Marketing” də öz növbəsində tədbirdə iştirak edib və tələbələrin müraciətlərini nəzərdən keçirib.

Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə  Sənaye və İnnovasiyalar üz...
24/04/2025

Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində əmək yarmarkası keçirilmişdir. Yarmarkada 29 müəssisə iştirak etmiş və işaxtaranlara mövcud vakansiyalar təqdim olunmuşdur. VPM də yarmarkada iştirak edərək işaxtaranları qəbul etmişdir.

"West Product Marketing" - Horeca satış təmsilçisi AXTARIR! 🔹İşin təsviri:-Təyin olunmuş satış planlarına əsasən şirkəti...
23/04/2025

"West Product Marketing" - Horeca satış təmsilçisi AXTARIR! 🔹

İşin təsviri:
-Təyin olunmuş satış planlarına əsasən şirkəti təmsil edərək aylıq satış hədəflərini yerinə yetirmək
-Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi
-Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək
-Horeca istiqamətində satışın inkişaf etdirilməsi və optimallaşdırılması üçün təkliflər hazırlayıb təqdim etmək
-Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası

Tələblər:
-Ali təhsil
-Yaş aralığı: 23-40
-Korporativ satış və horeca sahəsində ən azı 1 ildən 3 ilədək iş təcrübəsi
-Şifahi və yazılı ünsiyyət qurmaq, işgüzar danışıqların aparılması və təqdimat etmək bacarıqları
-Şəxsi avtomobil

Əmək şəraiti:
-Korporativ nömrə
-Yanacaq və amortizasiya xərcləri
-AR əmək məcəlləsinə uyğun rəsmiləşdirilmə
-İş qrafiki: Həftənin 5 iş günü, 08:00-17:00

Maraqlanan namizədlər [email protected] mail ünvanına mövzu sətrində ”Horeca satış təmsilçisi” qeyd etməklə CV göndərərək müraciət edə bilərlər.

Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialı və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı il...
22/04/2025

Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialı və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İBİŞ oteldə əmək yarmarkası təşkil olunmuşdur. 30 müəssisənin qatıldığı tədbirdə VPM də iştirak edərək işsiz və işaxtaran şəxslərlə görüşlər keçirmiş və mövcud vakansiyalar barədə məlumat vermişdir.

09/04/2025

"West Product Marketing" Saatlıya gəldi. Yeni ünvanda eyni keyfiyyətlə xidmətinizdəyik!

Yaxın günlərdə “Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi”nin tabeliyində “Dövlət Məşğulluq Agentliyi” tərəfindən “Exc...
04/03/2025

Yaxın günlərdə “Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi”nin tabeliyində “Dövlət Məşğulluq Agentliyi” tərəfindən “Excelsior” oteldə əmək yarmarkası təşkil edilmişdir. Yarmarkada 30 işəgötürən müəssisələr sırasında “WEST PRODUCT MARKETING” MMC də öz növbəsində iştirak etmiş, işsiz və işaxtaranların müraciətlərini qəbul edərək onların cv-lərini qəbul etmişdir.

“West Product Marketing” MMC-nin nümayəndə heyəti Bakı Biznes Universitetini ziyarət ediblər. Universitetlə yaxından tan...
17/02/2025

“West Product Marketing” MMC-nin nümayəndə heyəti Bakı Biznes Universitetini ziyarət ediblər. Universitetlə yaxından tanış olduqdan sonra dəyirmi masa ətrafında əməkdaşlıq perspektivləri müzakirə olunub, tərəflərin təklifləri əsasında əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Şirkət tərəfindən marketinq və iqtisadiyyatın müxtəlif sahələrini seçmiş BBU tələbələrinin və məzunların WPM-də iş təcrübəsi keçmək və şirkətin əməkdaşları sırasına qatılmaq üçün hansı şərtlərə cavab verməli olduqları diqqətə çatdırılıb. WPM nümayəndələri bildiriblər ki, distribusiya sahəsində böyük təcrübəyə və geniş satış şəbəkəsinə malik şirkət gənclərə həmişə dəstək olub və bundan sonra da onların iş təcrübəsi qazanmasına şərait yaradacaq.

BBU nümayəndələri isə vurğulayıblar ki, təhsil ocağının maddi-texniki bazası yüksəksəviyyəli mütəxəssislər yetişdirməyə imkan verir. Gənc mütəxəssislərin püxtələşməsi üçün təcrübə sahəsinə ehtiyac var. Böyük şirkətlərin öz qapılarını gənclərin üzünə açması onları daha çox öyrənməyə, uğur qazanmağa həvəsləndirir.

Görüşün sonunda iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi WPM adından İnsan Resursları Departamentinin rəhbəri Elçin Əkbərov və BBU-nun beynəlxalq əlaqələr üzrə prorektor Eşqin Bayramov imzalayıb.

"West Product Marketing" merçandayzer axtarır!İşin təsviri:                                                             ...
06/02/2025

"West Product Marketing" merçandayzer axtarır!

İşin təsviri:
-Şirkətin məhsul və xidmətlərinin ən yaxşı şəkildə tanıdılması
-Satış nöqtələrində məhsulların rəfdə, soyuducuda mövcudluğunun və rəf payının təmin edilməsi
-Məhsulların vitrin və stok üzrə yoxlanması və mövcud olmayan məhsul haqqında satış təmsilçisinə məlumatın verilməsi
-Rəflərin səliqəli olmasının təmin edilməsi və nəzarət
-Satışın həyata keçirilməsi
-Müəyyən edilən rut planı üzrə marketlərin ziyarət edilməsi

Tələblər:
-Müvafiq sahə üzrə iş təcrübəsi: 1 il
-Merçandayzinqin əsasları üzrə biliklər
-Tez öyrənmək və uyğunlaşmaq bacarığı
-Yaş həddi: 18-45

İş şərtləri:
-Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə
-İş qrafiki: 5 gün, 10:00 - 19:00
-Ərazi: Faktiki ünvana əsasən müəyyən olunur

Maraqlanan namizədlər [email protected] mail ünvanına mövzu sətrində “Merçandayzer” qeyd etməklə CV göndərərək müraciət edə bilərlər.

Address

Aşıq Molla Cümə
Baku
1001

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when WPM Career posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share