19/08/2026
Siz də balanslı qidalanmanı və sağlam həyat tərzini dəstəkləyirsiniz? – O zaman bu post tam Sizə aiddir.
Bitki əsaslı çaylar isti içkilər bazarının ən sürətlə böyüyən seqmentlərindən biridir.
Sağlam həyat tərzi tendensiyası, yüksək keyfiyyətli və təbii məhsullara üstünlük verən, sağlamlığına diqqət yetirən istehlakçıların artan sayı buna sübütdur.
Bitki çayları təbiət faydasını birbaşa finCANınıza gətirir. Tərkibi meyvə dənəcikləri, otlar, çiçəklər, bitki köklərinin balanslaşdırılmış qarışığından ibarətdir.
Ənənəvi zəncəfil, limon, çobanyastığı, itburnu, biyankökü və s ilə yanaşı, ekzotik matça, roybos və s. faydalı bitki tərkibləri var. Meyvə və bitkilərin Ən geniş qarışığı bütün çaysevərlərin zövqünə cavab verir. Hər bir çay qarışığı peşəkar TeaTester komandasının dəfələrlə yoxlamasından keçərək ərsəyə gəlir. Tam təbii olmaqla yanaşı tərkibində kofein yoxdur.
100% təbii ingridientlər.
Tərkibində 0 allergen və 0 kofein.
Ətir və dadı uzunmüddətli saxlamaq üçün hər bir çay paketi folqa ilə örtülüb.