Hörmətli istehlakçılar,
Hər gün siz ən müxtəlif ərzaq məhsulları alır və ailəlikcə istifadə edirsiniz.Lakin hardan və hansı məhsulları almağınızdan asılı olmayaraq,keyfiyyət və mənşə ilə bağlı şübhələr həmişə sizi narahat edir.Məhz biz özümüz də bu problemi yaşayır və ağrısını çəkirik.Çünki,hər gün müxtəlif informasiya vasitələrinin yaydığı məlumatların təzyiqi altında çaş-baş qalır,narahat oluru
q.
Ərzaq məhsullarının yetişdirilməsi,istehsalı,tədarükü,saxlanılması və çatdırılması sahəsində baş berən antisanitariya,səliqəsizlik və ən başlıcası keyfiyyət qüsurları hər kəsə məlumdur.
İndi bu problemlərdən qaçmaq üçün hərkəs təbii şəraitdə yetişdirilmiş,güvənli və keyfiyyətli təmiz kənd məhsullarına üstünlük verir.Aldığımız hər bir ərzaq məhsulunun mənşəyini,təbii şəraitdə yetişdirildiyini soruşur,kənd qatığı,kənd yumurtası,kənd çolpası,kənd quzusu,kənd çörəyi,kənd göyərtisi,kənd tərəvəzləri və sairə təsvirləri verir və daha çox kəndlə bağlı məhsullara üstünlük veririk. Hörmətli istehlakçılar,
təəssüf ki,heç də həmişə istədiyimizi tapa həmçinin keyfiyyətindən razı qalmırıq.Biz tam əminlik və güvənlə sizə kənd məhsullarının dadına bələd olaraq ləzzətindən və dadından doymayacağınız kənd məhsullarını təklif edirik. Bizim məhsullar ölkəmizin bölgələrindən,kəndlərindən tədarük olunaraq süfrənizə təqdim olunacaqdır. Dadından və ləzzətindən razı qalmayacağınız məhsullar heç bir şərtsiz geri qəbul olunacaqdır. Siz bizim səhifəmizə daxil olub bizə günlük,həftəlik və ya aylıq sifarişlərinizi verirsininiz.Ünvan və əlaqə nömrələrinizi bildirirsiniz.Bütün sifarişlər öncədən verilməlidir. Məhsullarımız aşağıdakılardır
-kənd yumurtası -kənd turşuları
-kənd toyuğu -kənd kompotu
-kənd quzusu -kənd tərəvəzləri
-kənd qaymağı
-kənd göyərtisi -kənd hindüşkası
-kənd pendiri -100% fəmiz arı balı
-kənd qatığı
-kənd çörəyi