Carlsberg Azerbaijan

Carlsberg Azerbaijan Carlsberg Azerbaijan şirkətinin rəsmi Instagram səhifəsi

Məzmunu 18 yaşına çatmamış şəxslərə göndərməyin.

Carlsberg Group-un bir hissəsi olan "Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Xırdalan şəhərində yerləşir.

08/07/2026

⭐️ "Carlsberg Azerbaijan-ın Ulduzları" Türkiyədə!

İl ərzində göstərdikləri yüksək performans, peşəkarlıq və şirkətimizin uğurlarına verdikləri dəyərli töhfələrə görə “Carlsberg Azerbaijan-ın Ulduzları” layihəsinin qalibləri Türkiyənin İstanbul və İzmir şəhərlərinə səfərə yollanıblar. ✨

Səfər çərçivəsində əməkdaşlarımız İzmirdə Efes şəhərini və "Tuborg" zavodunu ziyarət ediblər. İstanbulda isə Ortaköy, Dolmabahçe Sarayı, Balat məhəlləsinə gəzinti təşkil edilib.

Daha yaşıl gələcək üçün məqsədimiz dəyişmir 🎯 “Birlikdə SIFIRA doğru və daha irəli” təşəbbüsümüz çərçivəsində “Sıfır kar...
02/07/2026

Daha yaşıl gələcək üçün məqsədimiz dəyişmir 🎯

“Birlikdə SIFIRA doğru və daha irəli” təşəbbüsümüz çərçivəsində “Sıfır karbon izi” ambisiyamız bizim üçün konkret və ölçülə bilən yol xəritəsi olub.

2030-cu ilə qədər məqsədimiz:

📌 Pivə zavodlarımızda SIFIR karbon emissiyasına nail olmaq;
📌 Dəyər zəncirində emissiyaları 30% azaltmaq;
📌 Kənd təsərrüfatı, qablaşdırma və istehsal mərhələlərində daha davamlı həllər tətbiq etmək.

Bu yolda həm məsuliyyətli istehlakı təşviq edir, həm də sizə daha balanslı və davamlı seçimlər təqdim edirik. 🍺✨

Ənənə Remixləndi 🥳 Yayı Beermix ilə qarşılayın! 💛❤️Dostlar, Carlsberg Azerbaijan-dan möhtəşəm yeni dadlar! Lənkaran limo...
10/06/2026

Ənənə Remixləndi 🥳

Yayı Beermix ilə qarşılayın! 💛❤️

Dostlar, Carlsberg Azerbaijan-dan möhtəşəm yeni dadlar!
Lənkaran limonu və Göyçay narından ilhamlanan BeerMix by Xirdalan! Yeni nəslin dadı💛❤️

Bundan əlavə iki yeni brendimizi də təqdim etmişik – “Xırdalan Weisbier” və “Tuborg Ice”.

Hər üç məhsulun özünəməxsusluğun və parlaq təəssüratların dadı olduğuna əminik 💚

Carlsberg Azerbaijan xammalın lokallaşdırması layihəsi üzrə göstərdiyi uğurlu nəticələrə görə "Carlsberg Group"da mükafa...
05/06/2026

Carlsberg Azerbaijan xammalın lokallaşdırması layihəsi üzrə göstərdiyi uğurlu nəticələrə görə "Carlsberg Group"da mükafata layiq görülüb.

Komandamızın hər bir üzvünü bu strateji uğura görə təbrik edirik 🏆

30/05/2026

“Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa və Hindistan regionunda icraçı vitse-prezidenti Nikos Kalaitzidakis və regional komanda üzvləri Azərbaycana səfər edib.

Cənab Kalaitzidakis və komandası şirkətimizin fəaliyyətinə dair nəticələr, zavodumuzda yeni pet qablaşdırma xətti, istehsalat sahəsində təzə istifadəyə verilmiş konfrans zalları və digər yeniliklərlə tanış olub. Daha sonra isə satış nöqtələrinə gedərək bazarın real vəziyyətini müşahidə ediblər.

"Carlsberg Azerbaijan"la keçirilən görüşdə Bakı Marafonu 2026-da iştirak edən əməkdaşlara mükafatlar təqdim olunub. Həmçinin, şirkətdə uzun müddətdir çalışan əməkdaşlara "Carlsberg Azerbaijan"a qazandırdıqları dəyəri və verdikləri töhfələrə görə sertifikat təqdim olunub.

Qonaqlar "Carlsberg Azerbaijan"ın böyük təmtəraqla qeyd etdiyi Beynəlxalq Müxtəliflik Günü tədbirində də iştirak ediblər, müxtəlif xalqların milli kulinariyasına məxsus ləziz təamların dadına baxıblar.

Carlsberg şirkəti olaraq Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik! 🇦🇿Azərbaycanın m...
28/05/2026

Carlsberg şirkəti olaraq Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik! 🇦🇿

Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzu edirik.

🌏Carlsberg Azerbaijan WUF13!“EcoHub” ekoloji platforması və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tər...
22/05/2026

🌏Carlsberg Azerbaijan WUF13!

“EcoHub” ekoloji platforması və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə WUF13 çərçivəsində Suyun mühafizəsinə həsr edilən tədbirdə Carlsberg Azerbaijan da iştirak edib. 🤝

Carlsberg Azerbaijan-ın Korporativ Ünsiyyətlər üzrə direktoru Lalə Əfəndi tədbirdə yenilənmiş qlobal dayanıqlılıq proqramı – “Brewing Tomorrow”u təqdim edib və su ehtiyatının bərpası, su israfının qarşısını almaq məqsədilə məlumatlılığın artırılması üçün yerli tərəfdaşlıqlar haqqında danışıb.💧

Azerbaijan WaterReplenishment

20 may tarixində İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov və “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa və Hindistan ...
22/05/2026

20 may tarixində İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov və “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa və Hindistan regionunda icraçı vitse-prezidenti Nikos Kalaitzidakis arasında görüş baş tutub.

Görüşdə pivə sənayesində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, xammal və qablaşdırmanın lokallaşdırılması, eləcə də regionda yeni biznes imkanları müzakirə olunub.

20/05/2026

Əməkdaşımızla “O yoxsa bu?” oyununu oynadıq. Qərar vermək heç vaxt bu qədər əyləncəli olmamışdı! 😄🍻

Sən hansını seçərdin?

18/05/2026

Carlsberg ailəsi olaraq “The Devil Wears Prada 2” filmini Dəniz Mall-da yerləşən CineMastercard kinoteatrındakı 1664 Blanc zalında birlikdə izlədik. ✨

Böyük ekran təcrübəsi və 1664 Blanc-ın özünəməxsus dadı bu axşamı daha da xüsusi etdi. 🍺

Address

Şamaxı şossesi 1
Xirdalan
AZ0100

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 15:45

Telephone

+994 12 342 09 00

Alerts

Be the first to know and let us send you an email when Carlsberg Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category