Atena

Atena Bir süd möcüzəsi Atena tam ağzınızın dadına layiq süd məhsulları hazırlayır. Təbii yemlərlə saxlanılan inəklər Atena məhsullarının ləzzət qaynağıdır.

Həmişə kənd südü, kənd qatığı, nehrə yağı arzusunda olduğumuzu anlayan Atena, bizə bu tövhəni verir. Kəndin havası, kəndin ətri gələn Atena məhsulları həm ləzzətli həm də vitaminlərlə doludur.

📢 Xəbər!Azərbaycan və Özbəkistan arasında imzalanan sənədlər arasında Atena MMC də yer aldı! 🇦🇿🤝🇺🇿Bu əməkdaşlıq, süd sən...
01/07/2025

📢 Xəbər!
Azərbaycan və Özbəkistan arasında imzalanan sənədlər arasında Atena MMC də yer aldı! 🇦🇿🤝🇺🇿

Bu əməkdaşlıq, süd sənayesində inkişafı və iki ölkə arasında iqtisadi münasibətlərin daha da gücləndirilməsini hədəfləyir.

🌍 Regionda qida təhlükəsizliyinə və sənaye inkişafına dəstək verməyə davam edirik!

🇦🇿 Azərbaycan Dünya Çempionudur! 🏆⚽2025 Minifutbol Dünya Çempionatında qalib gələn milli komandamızı ürəkdən təbrik edir...
02/06/2025

🇦🇿 Azərbaycan Dünya Çempionudur! 🏆⚽
2025 Minifutbol Dünya Çempionatında qalib gələn milli komandamızı ürəkdən təbrik edirik!
Bu tarixi qələbədə bir damla da olsa töhfəmizin olması bizim üçün böyük qürurdur.

Atena olaraq hər zaman sağlam həyat tərzini və idmanı dəstəkləyirik!
Qələbən mübarək, Azərbaycan! 💪🔥

Xocalı – Unudulmaz Yara 🖤  26 fevral 1992 – Tarixin ən dəhşətli faciələrindən biri… Günahsız insanlar, qadınlar, uşaqlar...
26/02/2025

Xocalı – Unudulmaz Yara 🖤

26 fevral 1992 – Tarixin ən dəhşətli faciələrindən biri… Günahsız insanlar, qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirildi. Xocalı soyqırımı təkcə bir xalqın deyil, bütün bəşəriyyətin faciəsidir.

Bu gün Xocalı şəhidlərini dərin hüzn və ehtiramla anırıq. Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

20 Yanvar – Azərbaycan tarixinin şanlı səhifələrindən biri, müstəqillik uğrunda canlarını fəda edən qəhrəmanlarımızı yad...
20/01/2025

20 Yanvar – Azərbaycan tarixinin şanlı səhifələrindən biri, müstəqillik uğrunda canlarını fəda edən qəhrəmanlarımızı yad etdiyimiz gündür. Onların vətənə olan sevgisi və fədakarlıqları heç zaman unudulmayacaq. Bu gün biz, onların izindən gedərək, müstəqil və güclü Azərbaycan naminə birləşirik.

Qəhrəmanlarımızın ruhu şad olsun!

Azersun Holdinqin Müşahidə Şurasının sədri hörmətli Abdolbari Gozalın vəfatı xəbərindən dərin kədər duyuruq. Allah rəhmə...
19/01/2025

Azersun Holdinqin Müşahidə Şurasının sədri hörmətli Abdolbari Gozalın vəfatı xəbərindən dərin kədər duyuruq.

Allah rəhmət eləsin!

Bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ağcabədi rayonunda yerləşən Atena MMC süd emalı...
17/01/2025

Bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ağcabədi rayonunda yerləşən Atena MMC süd emalı zavodu və Atena Aqro MMC heyvandarlıq kompleksini ziyarət edib. Görüş zamanı:
🔹 Zavodun müasir texnologiyalı istehsal prosesi, tam avtomatlaşdırılmış idarəetmə sistemi, tətbiq edilən keyfiyyət standartları və sanitar – gigyenik tələblərlə tanış olub.
🔹 Heyvanların sağlamlığı və bioloji təhlükəsizlik tədbirlərinin izlənməsi üçün tətbiq edilmiş müasir elektron izləmə sistemi ilə tanış olub.
🔹 Süd məhsullarının ixrac imkanlarının artırılması və ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

🌟 Hədəfimiz və missiyamız istehsal gücümüzün artırılması və ixrac hədəflərimizin gerçəkləşdirilməsidir! Bu, yalnız yerli deyil, həm də beynəlxalq bazarda uğurlu addımlara zəmin yaradır.

📌 Daha ətraflı məlumat üçün link bio-ya yerləşdirilmişdir.

25 dekabr 2024-cü il tarixində baş vermiş təyyarə qəzası nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dəri...
26/12/2024

25 dekabr 2024-cü il tarixində baş vermiş təyyarə qəzası nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Bu ağır itki hər birimizi dərindən sarsıdıb.

Dua edirik ki, bu cür faciələr bir daha təkrarlanmasın və hər kəsin səfərləri təhlükəsiz və uğurlu keçsin. Həyatını itirənlərin ruhu şad olsun. 🙏🏻🥀

Bu gün birlik, azadlıq və milli iradəmizin təntənəsidir. 17 Noyabr - Milli Dirçəliş Günü, xalqımızın tarixində azadlıq e...
17/11/2024

Bu gün birlik, azadlıq və milli iradəmizin təntənəsidir. 17 Noyabr - Milli Dirçəliş Günü, xalqımızın tarixində azadlıq eşqinin alovlandığı mühüm bir səhifədir. Gələcəyə ümidlə baxaraq, keçmişimizin dəyərlərini unutmadan irəliləyək. Milli Dirçəliş Gününüz mübarək! 🇦🇿💙

🇦🇿 9 Noyabr - Dövlət Bayrağı Günü 🇦🇿Bu gün üçrəngli bayrağımızın qürurla dalğalanmasını qeyd edirik! Bayrağımız azadlığı...
09/11/2024

🇦🇿 9 Noyabr - Dövlət Bayrağı Günü 🇦🇿

Bu gün üçrəngli bayrağımızın qürurla dalğalanmasını qeyd edirik! Bayrağımız azadlığımızın, birliyimizin və gücümüzün simvoludur. Hər rəngi ilə millətimizin tarixini, dəyərlərini və gələcəyə olan inamını ifadə edir. Bu müqəddəs simvol daim ucalarda dalğalansın!

🇦🇿 8 Noyabr - Zəfər Günü 🇦🇿Bu gün Azərbaycan tarixinə qürurla yazılan şanlı Zəfər Gününü qeyd edirik! 44 günlük Vətən Mü...
08/11/2024

🇦🇿 8 Noyabr - Zəfər Günü 🇦🇿

Bu gün Azərbaycan tarixinə qürurla yazılan şanlı Zəfər Gününü qeyd edirik! 44 günlük Vətən Müharibəsində canlarını fəda edən qəhrəman şəhidlərimizi dərin hörmətlə yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların şücaəti və fədakarlığı sayəsində torpaqlarımız azadlığa qovuşdu və ərazi bütövlüyümüz bərpa olundu.

Qarabağ Azərbaycandır! 🇦🇿✨

27 Sentyabr-Anım günüVətən uğrunda canlarını fəda edən Qəhrəmanlarımızı dərin hörmət və ehtiramla yad edirik!Şəhidlər öl...
27/09/2024

27 Sentyabr-Anım günü

Vətən uğrunda canlarını fəda edən Qəhrəmanlarımızı dərin hörmət və ehtiramla yad edirik!

Şəhidlər ölməz, Vətən bölünməz! 🇦🇿💙

Address

Aghabayli Village
Aghjabädi
AZ0400

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Telephone

+994124044840

Alerts

Be the first to know and let us send you an email when Atena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Atena:

Share

“Atena” haqqında

”Atena” süd zavodu Ağcabədi rayonunun Ağabəyli kəndində inşa edilmişdir. Sutkalıq 400 ton süd istehsal etmək gücünə malik olan ”Atena” süd zavodu tətbiq etdiyi texnologiya və riayət etdiyi gigiyenik qaydalara görə rəqib tanımır.

”Atena” süd zavodunu keyfiyyətli, kifayət edəcək miqdarda və eyni standartda davamlı süd ilə təmin etmək üçün ”Atena” ferması inşa edilmişdir.

Zavodda südün keyfiyyətini təhlil etmək üçün fəaliyyət göstərən 4 xüsusi laboratoriya dövlət tərəfindən akkreditasiya edilib. “Atena” süd zavodunun fəaliyyəti “ISO 22000” (menecment və gigiyena üzrə beynəlxalq standart) və BRC (British Retail Council) standartlarına tam cavab verir.

Hazırda zavodda süd, qatıq, ayran, xama, kəsmik, dovğa, kərəyağı və müxtəlif pendir növIəri kimi məhsullar istehsal olunur. “Atena” süd məhsulları 100 % təbii inək südündən istehsal olunur və heç bir halda quru süddən istifadə edilmir.