Xarı Bülbül 3

Xarı Bülbül 3 3 bacının mətbəx səhifəsi

Ev üsulu ketçup.3 kq ətli pomidor2 ədəd qırmızı soğan2 ədəd qırmızı şirin bibər4 diş sarımsaq200 ml 5%-lik sirkə2 ədəd d...
05/09/2026

Ev üsulu ketçup.

3 kq ətli pomidor

2 ədəd qırmızı soğan

2 ədəd qırmızı şirin bibər

4 diş sarımsaq

200 ml 5%-lik sirkə

2 ədəd dəfnə yarpağı

2 çay qaşığı duz

1 çay qaşığı qara istiot

1/2 çay qaşığı darçın

8 xörək qaşığı duru yağ

6 xörək qaşığı şəkər tozu

Hazırlanması:
Bütün ərzaqları təmizləyib yuyuruq. Soğanları doğrayıb yağda qızardıb doğranmış bibərləri əlavə edirik .birlikdə biraz qızardıb pomidorları doğrayıb əlavə edirik. Sonra sarımsaq da əlavə edirik. Pomidorlar qaynamağa başlayanda qalan ərzaqları əlavə edib bişiririk . Sonra blenderdən keçirdib süzgəcə töküb sürürük. Ketcupu təmiz qazana boşaldıb daha 10 dəqiqə qaynadıb götürürük.
Steril isti banklara, butulkaları töküb qapaq vurub soyuducuda saxlayırıq. Nuş olsun .

#кетчуп

  #грецкийорех
05/09/2026

#грецкийорех

04/09/2026

Ştreuselli gavalı piroqu 🍰Piroq çox hündür olmamalıdır; belə olduqda xəmir gavalının şirəsini tam canına çəkir və nəticə...
03/09/2026

Ştreuselli gavalı piroqu 🍰
Piroq çox hündür olmamalıdır; belə olduqda xəmir gavalının şirəsini tam canına çəkir və nəticədə möhtəşəm bir dad yaranır 🤤

Formanın ölçüsü: 20x30 sm
Yumurta: 2 ədəd 🥚
Şəkər tozu: 120 q
Vanilli şəkər: 5 q
Kərə yağı: 50 q 🧈
Süd: 120 ml 🥛
Un: 250 q
Qabartma tozu: 5 q

İçlik üçün:
Gavalı: 700 q

Ştreusel üçün:
Şəkər tozu: 100 q
Un: 120 q
Kərə yağı: 80 q
Hazırlanması:
Yumurtaları və şəkəri açıq rəng alıb köpüklənənə qədər çalın; əridilmiş kərə yağı, süd və vanil şəkərini əlavə edib yenidən çalın. Un və qabartma tozunu əlavə edib hamar kütlə alınanadək qarışdırın.
"Streusel" (üst qat) üçün un, şəkər və soyuq kərə yağını qarışıq ovuntu halına düşənə qədər qarışdırın.
Albalıları (və ya gavalıları) yuyun, iki yerə bölün və çəyirdəklərini çıxarın.
Xəmiri yağlanmış və ya perqament kağızı sərilmiş bişirmə qabına töküb bərabər şəkildə yayın. Meyvələri xəmirin üzərinə düzün və hazırladığınız ovuntunu (streuseli) onların üzərinə səpin.
200°C temperaturda 45 dəqiqə bişirin

28/08/2026
   #грузинскиехинкали
28/08/2026

#грузинскиехинкали

   #инжир
21/08/2026

#инжир

16/08/2026
Bu gün bağımızın gavalılarından yığdıq . Turşu hazırlamaq istədik.  Elmira Gadirova•Mətbəxim  xanımın  resepti ilə  hazı...
16/08/2026

Bu gün bağımızın gavalılarından yığdıq . Turşu hazırlamaq istədik. Elmira Gadirova•Mətbəxim xanımın resepti ilə hazırladıq. Təşəkkür edirik .
Resepti burda da paylaşırıq.

2 litrlik banka üçün

Bərk gavalı.

Dəfnə yarpaği-5əd.

Sarimsaq-6 d.

Qara istiot-1 ç.q

keşniş toxumu-1 ç.q

quru nanə -1 x.q

duz-2 x.q

üzüm sirkəsi-0,5 stəkan

HAZIRLAMA QAYDASI:

Gavalıları təmiz yuyub ədviyyatlarla birlikdə sterilizə olmuş bankaya yığırıq . üzüm sirkəsini tökürük. Sonra qaynar su töküb, qapagla baglayıb , agzı aşağı çeviririk.
(Qapaqlar da qaynadılmalıdır!)
Səhəri gün sərin yerə qoyub saxlayırıq.
#маринованныесливы

14/08/2026

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Xarı Bülbül 3 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share