Agro-West DC

Agro-West DC «Aqrowest DC» MMC öz fəaliyyətində keyfiyyətli qida təminatını ön plana qoyaraq, bir çox ölkələrdən qida və qeyri-qida məhsulları idxal etməkdədir.

Xarkov Biskvit Fabrikinin istehsalı olan Brittle konfetləri şokoladla örtülməmiş, xırtıldayan qrilyaj tipli konfetlərdir...
10/08/2026

Xarkov Biskvit Fabrikinin istehsalı olan Brittle konfetləri şokoladla örtülməmiş, xırtıldayan qrilyaj tipli konfetlərdir. Tərkibində çoxlu miqdarda qovrulmuş və xırdalanmış yerfındığı var.

NANO BONS təkcə konfet deyil, həm də rəngarəng görünüşü və müxtəlif meyvə dadları ilə pozitiv əhval-ruhiyyə yaradan bir ...
31/07/2026

NANO BONS təkcə konfet deyil, həm də rəngarəng görünüşü və müxtəlif meyvə dadları ilə pozitiv əhval-ruhiyyə yaradan bir seçimdir. Hər konfet fərqli meyvə notu təqdim edərək dad müxtəlifliyi yaradır və hər dəfə yeni bir ləzzət kəşf etməyə imkan verir. Bu xüsusiyyəti sayəsində həm uşaqların, həm də böyüklərin sevimli şirniyyatlarından biri olmağa namizəddir.

24/07/2026

Ərzaqlar
Kartof 3 4 əd
Toyuq bud dibi 1 kq
Soğan 2 əd
Cəfəri 1 dəstə
Holland pendiri 100 q
Mayonez Sloboda 2 x.q.
Bitki yağı Sloboda 2 x.q.
Qara istiot 1 ç.q.
Duz 1 ç.q.

Hazırlanma qaydası:
Kartofu təmizləyirik, nazik doğrayırıq, yuyub mütləq quruduruq. Sonra mayonez, duz və qara istiot əlavə edib qarışdırırıq. Toyuğun bud dibini sümükdən və dəridən təmizləyirik, çırpırıq, duz və qara istiot əlavə edirik. Soğanı yarımhalqa şəklində doğrayırıq. Sobada bişirmək üçün uyğun dərin qabın dibinə bitki yağı sürtürük. Üzərinə kartof, toyuq, soğan, kartof, toyuq, soğan və kartof düzürük. Üzərinə qabın dibində qalmış mayonez sousundan azca tökürük. Çox tökməyin, yoxsa sulu olacaq.
Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 1,5 saat bişiririk. Sonra pendir əlavə edib əlavə 15 30 dəqiqə bişiririk. Qabda artıq su və ya yağ qalarsa, süzə bilərsiniz. Nuş olsun!

Yoğurt təkcə uşaqların sevimli yeməyi deyil, böyüklər də onun dadından doymurlar. Əsasən səhər yeməyi kimi qəbul olunan ...
22/07/2026

Yoğurt təkcə uşaqların sevimli yeməyi deyil, böyüklər də onun dadından doymurlar. Əsasən səhər yeməyi kimi qəbul olunan yoğurt sağlamlıq üçün çox faydalıdır.

Haqqında danışdığımız “Fruttis” yoğurtları qatıqla, südlə yoğrulmuş meyvə və giləmeyvələrin həqiqi dadını özündə daşıyır.

Müxtəlif dadlar arasında hər kəs öz zövqünə uyğun “Fruttis” tapa bilər.

“Fruttis” yoğurtu ilə çiyələk, şaftalı, moruq, ərik, albalı, qaragilə, şaftalı, ananas, əncir, manqo, banan ləzzətlərini əldə edə bilərsiniz.

Bildirək ki, şirkətimiz 2016-cı ildə Rusiyanın “Fruttis” ticarət nişanı altında yoğurt məhsulları istehsal edən “Friesland Campina” şirkətlər qrupu ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, sözügedən məhsul bir neçə çeşiddə tərəfimizdən ölkə ərazisində distrübusiya olunur.

“Dubay” şokoladı “Şirin” qənnadı fabriki məhsul çeşidini “Dubay Chocolate BY AR” adlı yeni şokolad məhsulu ilə genişlənd...
10/07/2026

“Dubay” şokoladı

“Şirin” qənnadı fabriki məhsul çeşidini “Dubay Chocolate BY AR” adlı yeni şokolad məhsulu ilə genişləndirib.
Məhsul son illərdə dünya bazarında populyarlıq qazanan Dubay üslublu şokolad konsepsiyası əsasında hazırlanıb.
“Dubay Chocolate BY AR” gündəlik istehlak, həmçinin hədiyyə və xüsusi günlər üçün nəzərdə tutulub.
Bu şokoladın əsas xüsusiyyəti şokoladın püstə kremli içliklə hazırlanmasıdır ki, bu da ona fərqli dad və tekstura qazandırır.

Günün istənilən anını daha ləzzətli etmək istəyirsinizsə, Mary Gold Almond & Hazelnuts sizin üçün ideal seçimdir. Xırtıl...
01/07/2026

Günün istənilən anını daha ləzzətli etmək istəyirsinizsə, Mary Gold Almond & Hazelnuts sizin üçün ideal seçimdir. Xırtıldayan zərif vafli qatları, zəngin şokolad örtüyü və badamla fındığın mükəmməl uyğunluğu hər dişləmədə unudulmaz dad hissi yaradır. İstər çay və qəhvə yanında, istərsə də gün ərzində şirin fasiləniz üçün Mary Gold sizə keyfiyyət və zövqü bir arada təqdim edir. Hər lokmada ləzzətin ən zərif halını hiss edin!

29/06/2026

🥗 Sağlam və ləzzətli yeməklərin sirri doğru məhsul seçimindən başlayır.

Sloboda məhsulları təbii dadı və yüksək keyfiyyəti ilə salatlarınızı və gündəlik reseptlərinizi daha da dadlı edir. Mayonez, ketçup və günəbaxan yağı ilə mətbəxinizdə hər reseptə uyğun seçim tapa bilərsiniz.

İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ili tamam olur.1918-ci il bu günündə Xalq Cümhuriyyəti ...
26/06/2026

İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ili tamam olur.

1918-ci il bu günündə Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb.

Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan nizami orduya malik olmalı, silahlı qüvvələrini yaratmalıdır.”

Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti milli ordunu ləğv etdi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması haqqında qərar qəbul edildi. Bir yandan da Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olundu…

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan ordusunun Prezident İlham Əliyevin komandanlığı ilə qazandığı qələbə dünya hərb tarixində mühüm izlər qoydu. Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi və bizi qalib xalqa çevirdi.

Bu gün münasibətlə “Aqro-Vest DC” MMC-nin rəhbərliyi İkinci Qarabağ savaşında, Vətən müharibəsində iştirak etmiş 38 nəfər qəhrəman şirkət əməkdaşlarını mükafatlandırıb.

Günün mübarək, Azərbaycan ordusu!

Türkiyənin “Zade” şirkəti 1991-ci ildə özünün böyük yağ fabrikini qurub. Fabrik hər gün 24 çeşiddə yağ istehsal edir. İn...
18/06/2026

Türkiyənin “Zade” şirkəti 1991-ci ildə özünün böyük yağ fabrikini qurub. Fabrik hər gün 24 çeşiddə yağ istehsal edir. İnsan əli dəymədən istehsal olunan yağlara günəbaxan, zeytun, qarğıdalı, soya, pambıq, fındıq və başqaları daxildir.

Hazırda şirkətimiz “Zade” brendinə məxsus 10 adda məhsulu yerli istehlakçılara təqdim edir. Onlardan biri adıçəkilən şirkətin 1 litrlik qarğıdalı yağıdır. Bu yağ bütün yeməklərinizi bişirmək üçün ideal seçimdir. Ona görə ki, qarğıdalı yağının tərkibi böyümə və sağlamlıq üçün vacib olan yağ turşusu – linoleik ilə zəngindir.

Qarğıdalı yağının antioksidant təsiri də var. Onun tərkibində olan E vitamininin miqdarı günəbaxan və zeytun yağındakından iki dəfə çoxdur.

Bu gün ölkəmizdə Milli Qurtuluş Günü qeyd olunur.33 il əvvəl ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək Azə...
15/06/2026

Bu gün ölkəmizdə Milli Qurtuluş Günü qeyd olunur.

33 il əvvəl ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək Azərbaycan xalqını və dövlətini parçalanmadan xilas edib.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, dövlətçiliyimiz yox olmaq təhlükəsindən qurtulub.

Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev həmin gün Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik, qarşıdurma səngiyib, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi. Məhz iyunun 15-dən sonra bütün maneələrə baxmayaraq, Heydər Əliyevin başçılığı altında ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olunub.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd edilir.

Address

B. Bunyadov Str. 12
Baku

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00

Telephone

+994124255090

Alerts

Be the first to know and let us send you an email when Agro-West DC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Agro-West DC:

Shortcuts

Share