Avrora Group

Avrora Group "Avrora Qrup"un rəsmi facebook səhifəsidir

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ...
26/08/2026

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Bu xüsusi gün münasibətilə Mehriban xanım Əliyevanı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.

13/08/2026

“Avrora Qrup II Stolüstü Tennis Çempionatı” öz final mərhələsi ilə yadda qalan bir idman bayramına çevrildi.

Yarış ərzində iştirakçılar yalnız qalibiyyət uğrunda deyil, həm də əsl idman ruhunu nümayiş etdirmək üçün mübarizə apardılar.

Qaliblərimizi bir daha təbrik edirik!

Çempionatın finalından qısa videoçarxı təqdim edirik.

Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb“Bizon”un təşkil etdiyi “13 həftə, 13 avtomobil” lotereya kampaniyası...
07/08/2026

Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb

“Bizon”un təşkil etdiyi “13 həftə, 13 avtomobil” lotereya kampaniyası çərçivəsində iyul ayı üzrə növbəti 4 qalib müəyyən olunub.

Lotereyanın V tirajının qalibi Nəsimi Quliyev, VI tirajının qalibi Salman Səmədov, VII tirajının qalibi Xanım Həmidova, VIII tirajının qalibi isə Tamerlan Əsədov olub. Qaliblərə qazandıqları avtomobillər rəsmi şəkildə təqdim edilib.

Qeyd edək ki, kampaniya çərçivəsində keçirilən bütün tirajlar canlı yayımlanır və tam şəffaf şəkildə həyata keçirilir. İştirakçılar tiraj prosesini real vaxt rejimində izləmək imkanı əldə edirlər.

“13 həftə, 13 avtomobil” kampaniyası davam edir və hər həftə 1 yeni avtomobil oynanılır. Bu günədək artıq 8 avtomobil öz sahibini tapsa da, daha 5 avtomobil yeni qaliblərini gözləyir.

Lotereyada iştirak etmək üçün kampaniya şərtlərinə uyğun lotereya dizaynlı “Bizon” məhsullarını əldə edib qapaq altındakı unikal kodları promo.bizon.az saytında qeydiyyatdan keçirmək kifayətdir.

Qeyd edək ki, kampaniyanın əsas mükafat fondu 13 avtomobildən ibarətdir. Tirajlar hər həftə canlı yayım vasitəsilə keçirilir və qaliblər təsadüfi seçim əsasında müəyyən olunur.

Kampaniyanın şərtləri və iştirak qaydaları barədə ətraflı məlumatı promo.bizon.az/rules ünvanından əldə etmək mümkündür.

06/08/2026

Avrora Teambuilding 2026 uğurla başa çatdı!

Enerji, komanda ruhu və bol pozitiv emosiyalarla yadda qalan tədbir ərzində əməkdaşlarımız bir daha göstərdilər ki, uğurlu komandanın əsasında birlik, qarşılıqlı dəstək və güclü əməkdaşlıq dayanır.

Bu gözəl anların bir parçası olan bütün həmkarlarımıza təşəkkür edirik!

Birlikdə daha güclüyük!

Tədbirin ən yaddaqalan məqamlarını əks etdirən qısa videoçarxı təqdim edirik.

💙

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür! 🇦🇿
01/08/2026

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür! 🇦🇿

Yeni Berg giləmeyvə ilə isti yay günlərinə sərinlik qatın!
31/07/2026

Yeni Berg giləmeyvə ilə isti yay günlərinə sərinlik qatın!

"Media Kuboku-2026" minifutbol turniri başa çatıbAzərbaycan Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında minifu...
22/07/2026

"Media Kuboku-2026" minifutbol turniri başa çatıb

Azərbaycan Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında minifutbol turniri təşkil olunub. Turnir "Avrora Qrup"un baş sponsorluğu, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində keçirilib.

İki gün davam edən yarışda paytaxt və regionlarda fəaliyyət göstərən media qurumlarının nümayəndələri iştirak ediblər. Komandalar Azərbaycan milli mətbuatının tarixində mühüm yer tutan "Əkinçi", "Ziya", "Həyat" və "Tərəqqi" nəşrlərinin adlarını daşıyıblar.

Turnirin 3-cü yer uğrunda görüşündə televiziya əməkdaşlarından ibarət "Həyat" komandası informasiya agentliklərinin jurnalistlərindən formalaşan "Ziya" kollektivi ilə qarşılaşıb. Görüş "Həyat" komandasının 7:1 hesablı qələbəsi ilə başa çatıb.

Final oyununda isə idman jurnalistlərindən ibarət "Tərəqqi" komandası ictimai-siyasi media nümayəndələrindən formalaşan "Əkinçi" komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Tərəqqi" komandası 2:0 hesabı ilə qalib gələrək çempion olub.

Turnirin sonunda keçirilən mükafatlandırma mərasimində "Tərəqqi", "Əkinçi" və "Həyat" komandaları müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunublar. Bütün iştirakçılara fəxri fərmanlar təqdim edilib.

Turnirin ən yaxşı qapıçısı "Ziya" komandasının üzvü Samir Güləliyev, ən yaxşı oyunçusu isə "Tərəqqi"nin kapitanı Murad Şirinov seçilərək xüsusi mükafatla təltif olunublar.

Mərasim zamanı şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və baş sponsor "Avrora Qrup"un hədiyyələri təqdim edilib. Eyni zamanda, turnirə ardıcıl beş ildir göstərdiyi dəstəyə görə "Avrora Qrup"a "Etibarlı Tərəfdaş" plaketi verilib.

22 İyul – Milli Mətbuat Günüdür.Bu gün Azərbaycan milli mətbuatı 151-ci ildönümünü qeyd edir. 🗞1875-ci ildə Həsən bəy Zə...
22/07/2026

22 İyul – Milli Mətbuat Günüdür.

Bu gün Azərbaycan milli mətbuatı 151-ci ildönümünü qeyd edir. 🗞

1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan "Əkinçi" qəzeti ilə milli mətbuatımızın təməli qoyulmuşdur.

Bu əlamətdar gün münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

Bizon 13 həftə, 13 avtomobil lotereyasının ilk ayının 4 qalibi müəyyən olundu!Bizon Lotereyasının ilk ayında artıq 4 avt...
03/07/2026

Bizon 13 həftə, 13 avtomobil lotereyasının ilk ayının 4 qalibi müəyyən olundu!

Bizon Lotereyasının ilk ayında artıq 4 avtomobil öz sahibini tapıb. Lotereyanın İyun ayı üzrə qalibləri: I tirajın qalibi Fuad Zeynalov, II tirajın qalibi Teymur İsmayılov, III tirajın qalibi Kənan Məlikli və IV tirajın qalibi Tahir Allahverdiyev olub. Qaliblərə avtomobillər rəsmi şəkildə təhvil verilib.

Qeyd edək ki, bütün tirajlar canlı yayımlanır və tam şəffaf şəkildə həyata keçirilir.

Kampaniya davam edir və hər həftə 1 yeni avtomobil oynanılır. Hazırda daha 9 avtomobil öz sahibini gözləyir! Növbəti tiraj 06.07.2026 tarixində saat 14:00-da keçiriləcək və BizonEnergy Youtube səhifəsində canlı yayımlanacaq.

Lotereyada iştirak etmək üçün kampaniya şərtlərinə uyğun lotereya dizaynlı Bizon məhsullarını əldə edib qapaq altındakı kodları promo.bizon.az saytından qeydiyyatdan keçirmək kifayətdir.

İştirak qaydaları haqqında ətraflı məlumat üçün:
promo.bizon.az/rules

26 İyun – Silahlı Qüvvələr Günüdür. 🇦🇿Bu əlamətdar gün münasibətilə Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini təbrik e...
26/06/2026

26 İyun – Silahlı Qüvvələr Günüdür. 🇦🇿

Bu əlamətdar gün münasibətilə Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini təbrik edir, müstəqilliyimiz, suverenliyimiz və təhlükəsizliyimizin keşiyində dayanan hər bir hərbçimizə şərəfli xidmətində uğurlar arzulayırıq.

Address

Aşıq Molla Cümə Küçəsi, 46C
Baku
AZ1075

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125264224

Alerts

Be the first to know and let us send you an email when Avrora Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Avrora Group:

Shortcuts

Share