Badamlı

Badamlı Badamlı - Adıyla və Dadıyla! Rəsmi səhifə. Azərbaycanın ilk qablaşdırılmış mineral süfrə suyu. Zavodda məhsulun keyfiyyətinə ciddi nəzarət olunur.
(14)

Məlumat üçün qeyd edək ki, Badamlı mineral bulağı ötən əsrin ortalarında aşkar edilmişdir. 1945-1947- ci illərdə geologiya-minerologiya elmləri doktoru Əziz Əsgərovun rəhbəriyi altında bu ərazidə elmi tədqiqat işləri aparılaraq muxtəlif kimyəvi tərkibli mineral sular sırasında 5 nömrəli bulaqdan istifadə edilməsi məqsədə uyğun hesab olunmuşdur. 1947-ci ildə burada kiçik istehsal sahəsi yaradılaraq

ilk dəfə əl üsulu ilə su istehsalına başlanılmışdır. Badamlı insan sağlamlığı üçün ən faydalı olan zəngin mineral tərkibli, milli və beynəlxalq standartlara uyğun olan təbii mineral süfrə suyunu təqdim edir. İstifadə etdiyimiz su Şahbuz rayonunun Badamlı qəsəbəsindən dəniz səviyyəsindən 1274 metr yüksəklikdən çıxan yeraltı sudur. Mineral su dağlardan qida təhlükəsizliyinə sahib polietilen borularla 30 km-lik məsafədən istehsal zavodumuza gəlir. Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulmuşdur. Badamlı-da bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sistemi və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə beynəlxalq standartlara cavab verən İSO-22000:2005 və İSO-9001:2008 sertifikatlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır. Laboratoriyada su kimyəvi və mikrobiolojik analizlərə tabe tutulur. Keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu təsdiqlədikdən sonra su, şüşələmə prosesinə buraxılır. Labüd olan zaman su ozonlaşdırma və deionizasiyadan keçirilir. Şüşələmə prosesi avtomatlaşdırılmış avadanlıqlarla, əsla insan əli müdaxiləsi olmadan həyata keçirilir və gigiyenik şüşələrdən istifadə olunur. Dolum prosesindən sonra hazır şüşələr yenidən laboratoriyada yoxlamaya göndərilir. Hazır məhsullar gigiyenik anbarda 12`lik və 6`lıq paketlərdə mühafizə olunur. Daha sonra örtüklü və soyuduculu avtofuralar vasitəsilə paylanmaya verilir.

Address

Alishir Navai 17
Baku
AZ1031

Alerts

Be the first to know and let us send you an email when Badamlı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Badamlı:

Share